Abşeron rayonunda 33 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" adlanan ərazisində, Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib.
Həmin ünvanda yaşayan Turan İlham oğlu Xəlillinin meyiti yaşadığı evin yataq otağında aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)
Bizim.Media