"Məni yandıracaqsan, yandır da" - Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə bacısının keçmiş ərini öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında hadisə yerindən videogörüntülər nümayiş olunub, təqsirləndirilən Məhərrəm Hüseynzadə isə məhkəmənin suallarını cavablandırıb.

O bildirib ki, keçmiş kürəkəni Zəhmət Əhmədova yaxınlaşaraq onu sakitləşdirmək və avtomobilə mindirib ərazidən uzaqlaşdırmaq istəyib:

"Benzini tökəndən sonra mənə dedi ki, guya deyirdin məni yandıracaqsan, yandır da. Maşına yaxınlaşanda isə getməkdən imtina etdi. Mən siqaret çəkmirəm, avtomobilimdə də alışqan olmayıb. Məni tanıyan hər kəs bilir ki, maşınımda kiminsə siqaret çəkməsinə belə icazə vermirdim. Məhəlləyə çatanda Zəhmətin cibində həm siqaret, həm də alışqan vardı".

Zəhmət Əhmədovun həyat yoldaşı Aysel Əhmədova ifadəsində qardaşı ilə həyat yoldaşı arasında heç vaxt mübahisə olmadığını bildirib:

"Yəqin ki, məni qorxutmaq istəyirdi. O, indiyədək heç vaxt pis sözlər deməz, söyüş söyməzdi. Mən başa düşdüm ki, həmin an özündə deyildi. Xəstəxanada yanına gedəndə dedi ki, bu hadisəyə görə çox xəcalət çəkir və Məhərrəmin üzünə baxa bilmir".

Təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək zərərçəkmiş Zəhmət Əhmədovun xəstəxanada alınmış videoifadəsində psixoloji durumunun mütəxəssis tərəfindən qiymətləndirilməsini, hadisə günü onun davranışlarındakı qəribəliklərə baxmayaraq, psixoloji müayinədən keçirilməməsinin səbəblərinin araşdırılmasını, həmçinin hadisə yerindəki videokameraların görüntülərinin keyfiyyətsiz olması səbəbindən təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş edib.

Vəkil sual edib: "Əgər Məhərrəmdə alışqan olubsa, onun yanıq xəsarəti alması mümkündürmü?"

Hakim Aytən Əliyeva vəsatətin müzakirəyə çıxarılmadığını elan edib.

Şahid Seymur Əhmədov bildirib ki, hadisədən bir gün sonra xəstəxanaya gedərək qardaşını ziyarət edib:

"Həkim mənə iki alışqan, siqaret və Zəhmətin şəxsiyyət vəsiqəsini verdi. Mən də bunları iki gün sonra müstəntiqə təqdim etdim".
 

Məhkəmə işi üzrə müstəntiqin və həkimin şahid qismində dindirilməsi üçün məhkəməyə çağırılacağı bildirilib. Növbəti məhkəmə prosesi 19 yanvar saat 14:00-a təyin edilib. Xatırladaq ki, hadisə 29 may 2025-ci il tarixində gecə saat 01 radələrində Nizami rayonunun Fərzəliyev küçəsi, 2 ünvanında baş verib. Məhərrəm Hüseynzadə ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda olarkən bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş vəziyyətdə oraya gələrək səs-küy yaradıb.


Bina sakinlərini narahat etməmək məqsədilə Məhərrəm Hüseynzadə onu BMW markalı avtomobilə mindirərək ərazidən uzaqlaşdırmaq istəyib. Yolda aralarında yaranan mübahisə zamanı Zəhmət Əhmədovun nalayiq ifadələrindən əsəbiləşən Məhərrəm Hüseynzadə avtomobili yanacaqdoldurma məntəqəsinə sürüb. O, plastik qaba yanacaq dolduraraq Zəhmət Əhmədovun üzərinə töküb.

Zərərçəkən bir gün sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Məhərrəm Hüseynzadə həbs olunub. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

End of content

No more pages to load

RADİO