Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyində ilin yekunlarına dair görüş – FOTOLAR

Yanvarın 4-də  Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin idarə heyətinin üzvləri və rayon filiallarının sədrləri ilə görüş keçirilib.

Bizim.Media Görüş zamanı birliyin sədri Bəhruz Məmmədzadə 2025-ci il ərzində həyata keçirilən işlər  barədə hesabat  verib.

Bəhruz Məmmədzadə bildirib ki, il ərzində qazilərin, şəhid ailələrinin və veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılıb.

Bəhruz Məmmədzadə  qeyd edib ki, ictimai birlik dövlət qurumları, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək bir sıra mühüm layihə, görüş və sosial tədbirlər həyata keçirib. Görüş iştirakçıları görülən işləri yüksək qiymətləndirib və qarşıdakı dövr üçün yeni təkliflərini səsləndiriblər.

Birliyin sədri 2025-ci ildə birliyin həyata keçirdiyi əsas tədbirlər və layihələr barədə danışaraq bildirib:

“Bu il ərzində 33 saylı Ağdam məktəbinin musiqi müəllimi və şagirdləri ilə görüş, idarə heyətinin Moldovaya səfəri və orada veteran təşkilatlarının sədrləri ilə görüşləri, həmçinin Moldovada 28 May – Respublika Günü münasibətilə bayram tədbiri keçirilməsi olduqca əhəmiyyətli işlərimizdən biridir. Bu il həmçinin təşkilatın Cəlilabad rayon filialını təsis etdik. Bundan əlavə Vətən müharibəsində iştirak etmiş 10 jurnalistin Türkiyəyə 5 günlük səfəri təşkil edildi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Naxçıvanda “XTQ veteranları və şəhid ailələri ilə işin gücləndirilməsi” layihəsi ugurla icra etdik. 2025-ci ilin ən önəmli tədbirlərindən biri də sözsüz ki, Millətlər Liqası öncəsi amputant futbol komandamızla görüş idi.” 

Birliyin sədri ümumilikdə 2025-ci ildə keçiriən tədbirlər barədə geniş məlumat verib:

“27 Sentyabr – Anım Günü münasibətilə Şəhidlər xiyabanını və “Qafqaz Döyüş Akademiyası”nı ziyarət etdik. Daha bir maraqlı layihəmiz olan “Vətənə hazıram” hərbi hazırlıq və vətənpərvərlik məktəbi layihəsinin açılışında iştirak etdik.  Ümumilikdə 2025-ci il təşkilatımız üçün olduqca ugurlu il oldu. Bu il Şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası, 100-dən çox şəhid və qazi övladının məktəb ləvazimatları və geyimlə təminatını həyata keçirtdik. Ölkənin ən böyük şirkətlərindən biri olan Paşa Holdinqin dəstəyi ilə ərzaq yardımı etdik. 

Quba rayonunda Rusiya–Ukrayna müharibəsində sağlamlığını itirmiş ukraynalı əsgərlərlə görüş isə iki savaşın iştirakçılarının səmimi bir görüşü idi. 2025-ci ildə həmçinin qürurla xidmət etdiyimiz XTQ-nin yaranmasının 26-cı ildönümünü qeyd etdik. Bu il həmçinin Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə şəhid övladları görüş təşkil etdik. Bu il həm də Gəncə şəhərində Mədəniyyət Nazirliyi ilə birgə “Zəfər övladlarının mədəniyyətdə bir günü” layihəsinin icrasını ugurla tamamladıq. Bu görüşləri təşkil etmək bizim missiyamızdır və 2026-cı ildə də bu işlərimizi davam etdirəcəyik.”– deyə Bəhruz Məmmədzadə bildirib.

Daha sonra birliyin sədri Bəhruz Məmmədzadə bildirib ki,  birlik şəhər və rayonlarda şəhid ailələrinin və qazilərin problemləri ilə yenə yaxından maraqlanır, qazilər ilə veteranların mədəni və sosial layihələrdə iştirakına xüsusi diqqət yetirir.

Tədbirdə birliyin rayon şöbələrinin rəhbərlərinin, həmçinin idarə heyətinin üzvlərinin təklifləri dinlənib, gələcəkdə görüləcək işlər barədə danışılıb.












Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

End of content

No more pages to load

RADİO