Közərmə lampalarının dövriyyədən çıxarılması - LED texnologiyalarına KEÇİD

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Bizim.Media xəbər verir ki, qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur.
 

Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.


Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir.

Məsələn, 15 min saat ( 7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir.

Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14,4 AZN təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82,2 AZN-ə çatır.
 

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131,4 milyon kVt·saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29,1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63,6 min ton karbon emissiyası yaranır.


Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8,6 dəfə azalır. Hazırda mövcud 2,7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4,86 milyon kVt·saatdan 567 min kVt·saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir.

Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

End of content

No more pages to load

RADİO