Saxta həkim-ekspert məhkəmə zalından azadlığa buraxıldı

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Novruz Pənalıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 6 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Novruz Pənalıyev dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

İttiham aktına əsasən, Novruz Pənalıyev əvvəllər də dələduzluq cinayətinə görə məhkum olunub.

 

Belə ki, o, Yasamal Rayon Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza 11 ay 26 günədək azaldılıb. Lakin məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilmiş qaydada götürülmədən yenidən cinayət əməli törədib.


Müəyyən edilib ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) özünü Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti kimi təqdim edib.

Onun etibarını qazanaraq, arvadını əlilliyə görə əmək pensiyası ilə təmin etdirəcəyinə dair yalan vəd verib. Bu adla 2023-cü ilin aprel ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parkların birində cinayətdən xəbərsiz şəxs vasitəsilə əlbəəl şəkildə 4 000 manat pul vəsaiti alıb, həmin vəsaiti şəxsi ehtiyacları üçün xərcləyərək verdiyi vədi yerinə yetirməyib. Bununla da, zərərçəkmiş şəxsə məxsus özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib.

Bundan başqa, Novruz Pənalıyev təkrarən oxşar üsulla digər tanışı zərərçəkmiş D.D.-ni də (adı, soyadı şərtidir) aldadıb.

O, özünü yenə həmin agentliyin həkim-eksperti kimi təqdim edərək, zərərçəkmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin etdirəcəyinə dair yalan vədlər verib.

Nəticədə D.D.-nin ümumilikdə 9 750 manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyacları üçün xərcləyib və verdiyi vədlərə əməl etməyib. Bununla da, zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirməklə təkrarən dələduzluq cinayəti törədib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

End of content

No more pages to load

RADİO