Bu gün səhər saatlarında qardan təmizlənən Quba-Xınalıq yolunda günün 2-ci yarısı yenidən problem yaşanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək yolun 33-38-ci km-də yenidən qarı yolun işlək hissəsinə sovurub.
Nəticədə yolun bu hissəsində nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb. Qısa vaxt ərzində Quba 5 saylı yol istismar idarəsinin işçi qüvvəsi yaranan problemi aradan qaldırıb və yol tam açılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu