Ucarda yol qəzası baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Nissan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakinləri - 27 yaşlı Gülnarə Qaçayeva və 65 yaşlı Gümanə Namazova xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 03.01.2026-cı il tarixində saat 13:30 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Onlara dodaq və ağız boşluğunun açıq yarası, bədənin müxtəlif nahiyələrinin əziyi, sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1979-cu il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
1961-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu