İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Dörd ay əvvəl sahibi olduğu brend mağazanın icraçı direktoru işləyən qadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan biznesmen Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilə bilər.

Bizim.Media xəbər verir ki, ibtidai istintaq müddətində aparılan psixiatriya yoxlamaları 48 yaşlı Ağcanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyini ortaya çıxarıb.

Təqsirləndirilən şəxsin psixoloji durumu hələ də normal olmadığından o, istintaq təcridxanasından çıxarılaraq ixtisaslaşmış tibbi müəssisəyə yerləşdirilib.

Toplanmış materiallar bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş beş ailə üzvünü anlaqsız vəziyyətdə öldürən Əhməd Əhmədovun cinayətini araşdıran hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Prokurorluq qərarında Emil Ağcanovun xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinməsini, lakin anlaqsız olduğundan cəzadan azad edilərək psixiatriya mərkəzinə yerləşdirilməsini istəyir.

Qətlə yetirilən 37 yaşlı İradə Muradovanın yaxınları isə qərarla razılaşmır. Zərərçəkmiş şəxsin bacısı Rəna Muradova cinayət işi üzrə istintaqın və tibbi yoxlamanın düzgün aparılmadığı ilə bağlı prokurorluq orqanlarına çoxsaylı müraciətlər edib.

Məhkəmə bundan sonrakı mərhələdə təqsirləndirilən şəxsi yenidən tibbi yoxlamadan keçirə və işi araşdırdıqdan sonra ittiham tərəfi ilə eyni və ya fərqli nəticəyə gələ bilər.

Yaxın günlərdə iş üzrə məhkəmə istintaqı başlayacaq.

Qeyd edək ki, mərhum İ.Muradova ötən ilin avqustunda Emil Ağcanovun evində boğularaq öldürülmüş vəziyyətdə tapılıb. E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir. (Qafqazinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Sumqayıtda dəm qazı CAN ALDI

Sumqayıtda dəm qazı CAN ALDI

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Röya ailəsi ilə Dubaya getdi - VİDEO

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Şəkidə iki avtomobil toqquşub: Yaralılar var

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Qəbiristanlığa uşaq aparmaq düzgündür?

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Ucarda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Şamaxıda mənzildə partlayış: xəsarət alan var – VİDEO

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Yanvarın 3-də havanın temperaturu dəyişəcək

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

Rusiyanın Xarkova hücumu nəticəsində 30 nəfər yaralanıb - VİDEO

2026 kimlərə düşərli olacaq?

2026 kimlərə düşərli olacaq?

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

“Neftçi” bu ölkələrin klubları ilə meydana çıxacaq

End of content

No more pages to load

RADİO