Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azad olunmuş ərazilərdə də xüsusi şövqlə qeyd olunur. Müxtəlif bölgələrdən bayramı qeyd etmək üçün Xankəndiyə, Şuşaya, Kəlbəcərə - Qarabağa və Şərqi Zəngəzura axın edən insanlarımızı görəndə fərəhlənməmək mümkün deyil. Artıq illərlə arzuladığımız “növbəti bayramı Şuşada, Kəlbəcərdə, Laçında keçirək” kimi diləklərimiz çin olub. Amma bu bayram şövqünə kölgə salmağa çalışanlar, doğru olmayan iddialar və ittihamlarla “gündəmi zəbt etmək” istəyənlər də ortaqlıqdan əskik olmur. Məsəl var, “milçək bir şey olmasa da, könül bulandırır”.  Həqiqətən də bu bayram ovqatını pozmağa çalışan, könül bulandıranlar da var.

Sosial şəbəkələrdə Kəlbəcərdə Yeni ilin gəlməsi ilə elektrik enerjisinin kəsildiyi, şəhərin istiliksiz və susuz qaldığı ilə bağlı yayılan məlumatlar da bu qəbildən olan iddialardır. İddia olunur ki, sakinlər sərt qış günündə soyuqda qalıb.

Bəs, reallıq nədən ibarətdir, əslində nə baş verib?

Bizim.Media xəbər verir ki, məlumatlara görə, Kəlbəcərdə istiliklə bağlı yaranan problem aradan qaldırılıb. Elektrik enerjisinin verilişində problem yaransa da, səhər saat 7-də bərpa edilib. Həmçinin, bütün rayon üzrə kombilərdə problem olmayıb. Sakinlərdən birinin evindəki kombidə problem olub ki, həmin şəxs də mənzildə yaşamırmış. 

Bununla yanaşı, Kəlbəcərdə suların donması ilə bağlı da hər hansı problem yaşanmır.

Kəlbəcər kimi dağlıq ərazidə müəyyən problemin yaranması o qədər də təəccüblü deyil. Dövlət qurumlarının problemə vaxtında müdaxilə etdiyi və dərhal həll olunduğu da normal haldır, çünki ölkədə istər kommunal xidmətlərin göstərilməsi, istərsə əhaliyə göstərilən digər xidmətlər belə demək mümkünsə, saat kimi işləyir. 

R.Abışovun qardaşının korrupsiya faktı üzrə məsuliyyətə cəlb edildiyi və müəyyən müddət azadlıqdan məhrum edildiyi barədə məlumatlar da mövcuddur. Polis orqanlarından nöqsanlarına görə xaric edilən, həyat yoldaşına qarşı zorakılıq törədən bu şəxsin yaydığı iddialar və ittihamlar təkcə yalan deyil, həm də məqsədyönlüdür. 

Məlumatlara görə, Ramiz Abışov belə yalan məlumatlarla dövlət qurumlarını şantaj etməyə çalışır və bu fəaliyyətini yaratdığı “Kəlbəcərə Qayıdış” İctimai Birliyin adı altında həyata keçirir. R.Abışovun əsas fəaliyyəti də sosial şəbəkələr və digər platformalar vasitəsilə dövlət orqanlarının fəaliyyətini tənqid etmək, şişirdilmiş və yalan məlumatlar yaymaqdan ibarətdir. Ona görə də bu kimi yalan məlumatlar yayan, ictimai rəyi çaşdırmağa çalşan şəxslərin müvafiq orqanlar tərəfindən araşdırılması zərurəti yaranıb. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

End of content

No more pages to load

RADİO