Cəlilabadın dağlıq kəndlərinə qar yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qar rayonun əsasən dağlıq hissədə yerləşən Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağıb.
Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i keçib. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyü 25 sm-ə çatıb.
Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur və qar yağmaqda davam edir.

Bizim.Media