Bu il 500 min ev sənədləşdiriləcək

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz tikililər, riskli zonalarda olan tikilələrin aqibətini yenidən gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputat Rövşən Muradov qeyd edib ki, ölkə başçısının müvafiq sərəncamları ilə sənədsiz evlərlə bağlı artıq tapşırıqlar verilib və ölkəmizdə olan 500 minə yaxın sənədsiz evin sənədləşdirilməsi başlanılıb. Proses bu il davam edəcək.
 

“Əgər o evlər yüksək gərginlik elektrik şəbəklərinin, qaz xətlərinin SOCAR və dəmir yolu xətlərinə yaxın evlər istisna olmaqla digər evlərin sənədləşdirilməsi aparılacaq. Lakin strateji yerlərdə yerləşən sənədsiz evlər gələcəkdə söküləcək. Bu o şərtlə baş verəcək ki, həmin insanlara müvafiq kompensasiyalar verilsin”.


Deputat qeyd edib ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması, xüsusilə Böyük Qayıdışla bağlı həyata keçirilən ikinci dövlət proqramı çərçivəsində, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə ciddi təkan verəcək.

“Orada olan tarixi abidələrimiz yavaş-yavaş bərpa olunacaq. Artıq İkinci dövlət proqramına uyğun olaraq təxirəsalınmaz işlərimizi davam etdirəcəyik”.

Deputat Naqif Həmzəyev isə bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, tarixi memarlıq irsi və müasir inkişaf axtarışları arasında mühüm keçid mərhələsini yaşayır.
 

“2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, uzun illər yığılmış problemlərin həlli üçün əlverişli fürsət yaradır, lakin bu proseslərin uğuru düzgün strategiya və balanslaşdırılmış yanaşmadan asılıdır. İlin konkret sahəyə həsr edilməsi, ənənəvi olaraq, həmin sahəyə diqqətin artırılması, büdcə ayrılmalarının genişləndirilməsi və institusional islahatların sürətləndirilməsi üçün katalizator rolunu oynayır”.


N. Həmzəyev qeyd edib ki, ilk növbədə, vahid şəhərsalma məlumat bazasının yaradılması və rəqəmsal kadastr sisteminin təkmilləşdirilməsi zəruridir.

“Gəncədə hər bir binanın hüquqi statusunun şəffaf olması problemin həllində ilk addımdır. Hazırda çoxlu sənədsiz tikililər barədə tam məlumat yoxdur, bu isə planlı müdaxilələri çətinləşdirir”.
 

“İkinci mərhələdə, şəhər baş planının yenilənməsi və reallığa uyğunlaşdırılması vacibdir. 1970-80-ci illərdə hazırlanmış planlar müasir şəhər dinamikasını əks etdirmir. Gəncənin tarixi mərkəzi, yeni yaşayış massivləri və sənaye zonalarının aydın zonalaşdırılması, yaşıl zonaların qorunması strategiyası formalaşdırılmalıdır” – deyə o qeyd edib.


Deputat digər istiqamət kimi istiqamət isə ictimai məkanların keyfiyyətinin yüksəldilməsi olduğunu bildirib:

“Parklar, piyada zonaları, nəqliyyat sisteminin təkmilləşdirilməsi. Bu, şəhərsalmanın yalnız tikinti nizamı deyil, həm də yaşayış keyfiyyəti məsələsi olduğunu göstərər”.

Gəncədə, eləcə də Azərbaycanın digər şəhərlərində sənədsiz tikililərin mövcudluğu onilliklərin problemidir. Bu məsələyə yanaşmada kəskin qətililik və humanitar məntiqin balansı vacibliyini vurğulayan deputat sökülmənin qaçınılmaz olduğu halları da bildirib:
 

“Bəzi tikililərin sökülməsi həqiqətən qaçılmazdır və bu, şəhərsalma ədalətinin təmin edilməsi üçün zəruridir. Xüsusilə tarixi memarlıq abidələrinin və qoruq zonalarının içərisində və ətrafında özbaşına ucaldılmış binalar, mühəndis kommunikasiyaları, yüksək gərginlikli elektrik xətləri altında və ya digər təhlükəli zonalarda yerləşən tikililər, sel və daşqın təhlükəsi olan ərazilərdəki qanunsuz tikintilər, ictimai istifadə üçün nəzərdə tutulmuş əraziləri - parklar, meydanlar, yol infrastrukturu - əhatə edən konstruksiyalar, həmçinin başqa vətəndaşların əmlak hüquqlarını pozaraq tikilmiş obyektlər”.


O qeyd edib ki, bütün sənədsiz tikililəri bir çətirə altında birləşdirmək səhv olardı. Bir çox hallarda insanlar zərurətdən, sistemin çatışmazlığından və ya prosedur mürəkkəbliyindən sənədləşdirmə əldə edə bilməyib. Belə hallarda alternativ yanaşmalar olmalıdır:

“İlk variant, sənədləşdirmə prosedurlarının sadələşdirilməsi və amnistiya proqramlarının hazırlanmasıdır. Əgər tikili texniki normalara cavab verirsə, infrastruktur yükü yaratmır və başqalarının hüquqlarını pozmursa, onun leqallaşdırılması prosesi asanlaşdırılmalı, maddi cəhətdən əlçatan olmalıdır. İkinci yol, mərhələli yenidənqurma və rekonstruksiya proqramlarıdır. Bəzi hallarda tikililər qismən normalara uyğun edilərək, əlavə hissələr sökülə və ya fasadlar düzəldilərsə qəbul edilə bilər vəziyyətə gətirilə bilər”.

“Üçüncü yol isə köçürmə və kompensasiya mexanizmləridir. Əgər tikili həqiqətən sökülməlidirsə, sakinlərə alternativ yaşayış yeri və ya adekvat kompensasiya təklif edilməlidir. Sosial ədalət prinsipi tələb edir ki, insanlar küçədə qalmasın” – deputat sonda qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

End of content

No more pages to load

RADİO