Sumqayıtda gecə saatlarında yanğın qeydə alınıb.
Bizim.Media “Sumqayit24.az”a istinadla xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 9-cu mikrorayonda baş verib.
Məlumata görə, yaşayış binasının önündə ağac yanıb və əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüblər.
Qeyd edək ki, dünən gecə şəhər ərazisində yerləşən sexlərdən birində də yanğın baş verib.
Bizim.Media