Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
Bizim.Media xəbər verir ki, zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən ümumulikdə 6000 manat dəyəri olan kompüter və televizor oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb.
Məlumatda qeyd olunub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb. (Oxu.az)
Bizim.Media