Abşeron rayonu, Saray qəsəbəsi, Mübariz Ziyadov küçəsi bərbad vəziyyətdədir.
Bizim.Media xəbər verir ki, oxu.az-a daxil olan müraciətdə bildirilib ki, yolun çökək və yararsız vəziyyətdə olması yağışlı havada gölməçələrin yaranmasına səbəb olur.
Sakinlər qeyd edirlər ki, mövcud vəziyyət həm avtomobillərə ziyan vurur, həm də piyadaların hərəkətini çətinləşdirir.
Bizim.Media