Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Son illər hüquqi yardımın keyfiyyətinin artırılması və vətəndaşların vəkil xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Görülən işlər çərçivəsində Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, vəkillər və büro əməkdaşları iştirak ediblər.

Yeni binaya Vəkillər Kollegiyasının adından hədiyyələr təqdim olunub.

Açılış mərasimi çərçivəsində qonaqlara yeni ofis təqdim olunub. Bakı şəhəri 1 saylı Vəkil Bürosunun rəhbəri İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 225, M3, m2 ünvanda müasir standartlara uyğun şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri şəraitlə təmin edilib. Ümumi sahəsi 216 kvm olan büroda geniş və işıqlı vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mətbəx, mühasibat otağı və sanitar qovşağı mövcuddur. Otaqlar müasir texniki avadanlıqlar və mebellə təchiz olunub, vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar yaradılıb.
 

Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov büronun yeni inzibati binasının açılmasını hüquq sisteminin inkişafı baxımından mühüm addım kimi dəyərləndirib. Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini qeyd edib. O bildirib ki, yeni inzibati binanın fəaliyyəti ölkədə hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına töhfə verəcək.


Sədr bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların əksəriyyəti beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir.

Eyni zamanda Anar Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabr tarixinin Vəkil Günü kimi təsbit edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.

Sonda büronun müdiri İlqar Bəhrəmiyyə diqqətə çatdırıb ki, yeni qurumun əsas məqsədi vətəndaşlara peşəkar, şəffaf və əlçatan hüquqi xidmətlərin göstərilməsidir. Onun sözlərinə görə, burada mülki, cinayət, inzibati, ailə və əmək hüququ sahələrində vətəndaşlara xidmət göstəriləcək. İ.Bəhrəmiyyə qeyd edib ki, büroda həssas qrupdan olan, eləcə də aztəminatlı vətəndaşlar üçün pulsuz və güzəştli hüquqi yardım xidmətləri də nəzərdə tutulur.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərə daha 115 mənzil verildi – FOTO

Bu şəxslərə daha 115 mənzil verildi – FOTO

Kanaldan qadın meyiti tapıldı

Kanaldan qadın meyiti tapıldı

Azərbaycan 2 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR

Azərbaycan 2 ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini LƏĞV EDİR

Serxio Ramos yenidən Fransaya qayıdır

Serxio Ramos yenidən Fransaya qayıdır

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Pensiyaçılara ŞAD XƏBƏR - Gələn aydan 46 manat artım olacaq

Pensiyaçılara ŞAD XƏBƏR - Gələn aydan 46 manat artım olacaq

“Roma” doğma meydanda qalib gəldi - VİDEO

“Roma” doğma meydanda qalib gəldi - VİDEO

Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

Elşən “Ağsaqqal”ın qızı ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Elşən “Ağsaqqal”ın qızı ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Bayramda EHTİYATLI OLUN – Bu turşulardan zəhərlənə bilərsiniz – FOTO

Bayramda EHTİYATLI OLUN – Bu turşulardan zəhərlənə bilərsiniz – FOTO

Sabah Bakıda atəşfəşanlıq olacaq

Sabah Bakıda atəşfəşanlıq olacaq

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Bu gün Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Deputatlar bu gün məzuniyyətə çıxır

Deputatlar bu gün məzuniyyətə çıxır

End of content

No more pages to load

RADİO