Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.
 

Müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan şənliyin əsas məqsədi azyaşlılar üçün bayram əhvali-ruhiyyəsi yaratmaq, onlara sevinc dolu anlar yaşatmaq olub.


Bayram proqramı çərçivəsində balacalar üçün Yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olunub.

Tədbir zamanı, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bu il hazırlanan “Göyərçin” jurnalının Yeni ilə həsr olunmuş xüsusi buraxılışı da təqdim olunub. 1958-ci ildən etibarən nəşr olunan “Göyərçin” jurnalı ibtidai sinif şagirdləri və məktəbəqədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir.

Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğludur. Bayram şənliyi çərçivəsində təqdim edilən bu nəşr tədbirdə iştirak edən uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şənlik zamanı “Göyərçin” jurnalından nağıl və şeirlər səsləndirilib, uşaqlar müxtəlif müsabiqə və oyunlarda fəal iştirak ediblər.
 

Şənlikdə iştirak edən Xalq artisti Faiq Ağayev öz repertuarından mahnılar ifa edib, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlarla birgə rəqs edib, əyləniblər. Bugünkü şənlik Xalq artistinin doğum gününə təsadüf etdiyindən o, bu özəl gününü uşaqlarla birgə qeyd edib, onlarla tort üzərindəki şamları üfürüb.


Şənlik zamanı, həmçinin 2 və 3 saylı uşaq evləri sosial xidmət müəssisələrinin sakinləri öz rəqs məharətlərini nümayiş etdiriblər. Sonda uşaqlarla birgə tort kəsilib, onlara müxtəlif bayram hədiyyələri təqdim edilib.

Bununla yanaşı, uşaqlara "Göyərçin" jurnalının xüsusi buraxılışı da hədiyyə olunub.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maqnus Karlsen rəqibini QORXUTDU

Maqnus Karlsen rəqibini QORXUTDU

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

End of content

No more pages to load

RADİO