Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Bizim.Media