Ağsu şəhəri, X.Natəvan küçəsində yerləşən, fiziki şəxs Binyət Mehman oğlu Binyətliyə məxsus "Çinaraltı" restoranında yoxlama keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.
Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.




Bizim.Media