Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Bu il narın satış qiymətində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu narın qiymətini və bahalaşmasının  səbəblərini araşdırmaq üçün Yevlax və Beyləqan bazarlarına üz tutub.

Beyləqan bazarında nar satışı ilə məşğul olan Mahir Allahyarov deyib ki, qiymətlərin bu qədər artmasının səbəbi xarici bazarlarda nara olan təlabatın çox olmasıdır:

"Bu il əvvəlki  illərə nisbətən narın qiyməti çox yüksək olub. Keçən il payızda ən yaxşı narın kq-ı 0,80 qəpik- 1 manat aralığında dəyişirdisə, bu il 2 manat 50 qəpik - 3 manat arasında təşkil edir. Bunun da səbəbi xarici bazarlarda nara olan təlabatdır. Demək olar ki, narın 80 faizi xarici ölkələrə göndərilir. Bu da qiymətin artmasına səbəb olub".

Yevlax bazarında da narın qiyməti əl yandırır. Şəhər sakini Esmira Məmmədova narın qiymətinin artmasından şikayətlənib:
 

"Hər il bayramqabağı ən yaxşı narın qiyməti 2 manat olardı. Bu il isə qiymətlər 3.50- 4 manat arası dəyişir. Payızda da demək olar ki, qiymətlər buna bənzər idi. Nar mənim ən çox sevdiyim meyvələrdən sayılır. Təəssüflər olsun ki, bu il doyunca nar yeyə bilmədik. Hər il Yevlaxın öz kəndlərindən və qonşu rayonlardan Ağdaş, Göyçaydan bazara nar gətirilərdi. Bu il isə, demək olar ki, az gətirilir, oda “od” qiymətinə..."


Bundan başqa, sakinlər Yevlax və Beyləqan bazarlarında digər meyvə-tərəvəzin də kəskin şəkildə bahalaşdığından gileyləniblər. Biz də bazarda meyvə-tərəvəzin qiymətlərini öyrənməyə çalışdıq. Məlum oldu ki, iki gün öncə xiyarın 1 kiloqramı 2.30-2,50 AZN arası idisə, bu gün 5 manat, badımcan 1 manat 50 qəpik idisə, bu gün 4,50 AZN, pomidorun qiyməti 3,50, bibərin isə kilosu 3-4 manata təklif edilir. Eyni zamanda 1-1.50 AZN-ə satılan alma son günlərdə 2,50-3 manat, portağalın qiyməti 2-2,50, narın qiyməti 3 manatdan, 5 manata qədər dəyişir.

Bir sözlə, yeni il qabağı Yevlax və  Beyləqan bazarlarında qiymətlər kəllə-çarxa çıxıb.






Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

End of content

No more pages to load

RADİO