Xəbər verdiyimiz kimi Gəncə-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində yollar buz bağlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb.
Qəsəbədə yolun qarla örtülməsi və yolun buz nağlaması səbəbindən "VAZ 2107" markalı avtomobil sürüşərək dərəyə aşıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu