Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmən Respublikasında davam edən gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında bildirilib.
Qeyd edilib ki, Yəməndəki mövcud vəziyyət təmkinli davranmağın, birgə fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verilməsinin zəruriliyini bir daha önə çıxarır.
“Azərbaycan Yəmən Respublikasının birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir, həmçinin ölkədə davamlı sülhə, rifaha və inkişafa nail olmaq məqsədilə Yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri təqdir edir”, - paylaşımda qeyd edilib.
Bizim.Media