Biləsuvar rayonunda 51 yaşlı qadın işlədiyi gözəllik salonunda ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində, M. İbrahimov küçəsində yerləşən gözəllik salonunda baş verib.
Rayon sakini, 1974-cü il təvəllüdlü İlhamə Ümüdvar qızı Məmmədova iş zamanı dünyasını dəyişib.
İlkin ehtimallara görə, ölüm səbəbi ürək tutması olub.
Meyit yaxınlarına təhvil verilib, hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media