Xaçmazda körpə evdə doğuş zamanı ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva xəstəxanaya müraciət etməyib və yaşadığı evdə doğuş edib. Amma körpə ölü doğulub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu