Həftə sonu Şəki-Zaqatala istiqamətində hərəkət edən sürücülərin oxuması məsləhətdir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq ikinci gündür Şəki-Zaqatala bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Gündüzlər havanın temperaturu mülayim keçsə də, axşamlar mənfiyə düşür, əksər yollarda xüsusən də yol keçidi və körpülərdə buzbağlama müşahidə olunur.
Bu səbəbdən sürücülərə tövsiyyə olunur ki, Yevlax-Zaqatala-Gürcüstan magistralında, eləcə də Qaraməryəm-İsmayıllı-Şəki və Şəki-Balakən istiqamətində yollarda sürət həddinə riayət etsinlər.
Əsasən səhər saatlarında və axşam saat 20-dən sonra bu yollarda sürücülərin ehtiyatlı olması vacibdir.
Qeyd edək ki, hazırda həmin yolların bəzi hissələrində dumanlı hava müşahidə olunur.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu