Leyla Əliyeva: “Azərbaycan milli parklarını genişləndirərək ekoloji liderliyini gücləndirir”

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb.

Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib.

Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.

"Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.
 

Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə – suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.


Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.

Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.

"Euronews"a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib:

"Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür".

O, ilk mühafizə zonasının 1910-cu ildə yaradıldığını, sonra isə belə ərazilərin şəbəkəsinin genişləndiyini qeyd edib:

"Hazırda 12 milli parkımız, doqquz dövlət milli qoruğumuz və 24 dövlət təbiət qoruğumuz var. Bu ərazilərdə nəsli kəsilməkdə olan və nadir növlər, məsələn, imperator qartalı, dağ ceyranları, qonur ayılar, ağ quyruqlu qartallar və başqaları yaşayır".

Sujetdə vurğulanıb ki, hökumət milli parkların yaradılması üzərində işləyərkən IDEA kimi yerli təşkilatların işi daha da təsir edicidir. Belə ki, təşkilat bizonların Azərbaycanın şimal bölgələrinə qaytarılmasına, həmçinin Azərbaycanın ən mühüm sərvəti olan Xəzər dənizinin qorunmasına kömək ediblər.

WWF-in Azərbaycan ofisinin direktoru Elşad Əsgərov telekanal açıqlamasında bildirib ki, Qafqaz bölgəsinin simvolu olan bizon çox qədim zamanlarda Azərbaycanda yaşayıb:

"Biz layihəyə 2018-ci ildə başlamışıq və bu ərazi bizonun hələ də bərpa oluna biləcəyi nöqtələrdən biri kimi seçilib. Bundan sonra biz Avropa zooparklarında hələ də Qafqaz bizonu genlərinə malik heyvanlar tapdıq. Ona görə də biz bura yalnız Qafqaz dağ bizonu cinsinin genlərinə malik olan fərdləri gətirdik. Onlar indi vəhşi təbiətdə yaşayırlar. Yayda alp qurşağında, soyuq mövsümdə isə qışda meşəyə enərək qışı meşəlik ərazilərdə keçirirlər".

Müəllif qeyd edib ki, IDEA Xəzər dənizində layihələr üzərində işləyərkən eyni yanaşmadan istifadə edib.
 

"Mikroplastik çirklənmə Xəzər dənizinin üzləşdiyi digər əsas problemlərdən biridir. Böyük miqdarda plastik çirklənmə digər ölkələrdən qaynaqlanır və cərəyanlarla Xəzər sahillərinə daşınır. Bu plastikin Xəzər sahilindən təmizlənməsi üçün IDEA-nın rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir", - deyə Coğrafiya İnstitutunun "Caspian Integrated Scientific Network" (CASPISNET)) proqramının koordinatoru Elnur Səfərov bildirib.


Materialda deyilir ki, bu ekoloji təhdidlər tərəfdaşlıq və məsuliyyətdən tutmuş planetin gələcəyinə qədər getdikcə daha geniş mövzuları gündəmə gətirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

Türkiyəli prodüser Erol Köse öldü

Türkiyəli prodüser Erol Köse öldü

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

End of content

No more pages to load

RADİO