Gəncədə qadın yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 38 saylı Hərbi şəhərcik adlanan ərazisində baş verib.
1964-cü il təvəllüdlü Aybəniz Nəbi qızı Məmmədovanın meyiti yaşadığı mənzildə tapılıb. İlkin versiyaya görə meyitin üzərində zorakılıq əlamətləri olmayıb. 61 yaşlı qadının hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu