Zaqatalanın çəkməçi XANIMI - Həyat yoldaşının sənətini yaşadan Fəzilət Dadalovanın HƏYAT HEKAYƏSİ – FOTO

Qadınlar incə və zərif olduğu kimi həm də güclü və iradəlidirlər. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün həyatın bütün sahələrində onlarla qarşılaşmaq mümkündür. 

Təsadüfi deyil ki, qadınlar sənət və peşə sahələrində də bu gün heç də kişilərdən geri qalmır. 

Ən çətin bəzən heç təsəvvür edilməyən sahələrdə onların əzmlə çalışdığını müşahidə edə bilərik. Bu günkü qəhrəmanımız da onlardan biridir. Belə ki, həyat yoldaşının peşəsini davam etdirən Zaqataladan olan çəkməki xanım haqda bəhs etmək istəyirik. Bu peşə insanda böyük səbr və dözüm tələb edir. Fəzilət Dadalova da nadir qadınlardandır ki, ömür gün yoldaşının emalatxanasının qapısının bağlı qalmasına razılaşmayaraq onun peşəsini şərəflə davam etdirir. 

Onun iş günü səhərin erkən saatlarından başlayır. 

Bu da səbəbsiz deyil çünki insanlar adətən təmir olunacaq ayaqqabılarını yaxud digər məişət əşyalarını səhər tezdən gətirib onlara təhvil verib sonra işə gedir. Bu səbəbdən də Fəzilət xanım çalşdığı Zaqatala bazarındakı iş yerinə başqalarından tez gəlməyə adət edib. 

Adətən ustaların emalatxanası qatmaqarşıq olur. Lakin biz Fəzilət xanımın iş masasını səliqəli görürük. Bütün hallarda o yenidən masaya əl gəzdirir, yır-yığış edib önlüyünü bağlayır. Söhbət əsnasında öyrənirik ki, əlindəki işi heç zaman yarımçıq qoymağı sevmir. Bu adət də ona mərhum çəkməçi ərindən qalıb. Müştərilərin az olduğunu görüb Fəzilət xanımla bir müddət söhbət edirik:   

“Yoldaşım təzə ayaqqabı tikirdi. Ona kömək edə-edə bu sənəti öyrəndim. Beləcə 35 il yoldaşıma kömək edirdim. O, bir neçə il əvvəl rəhmətə getdi. Bir müddət emalatxananın qapısı bağlı qaldı. Lakin sonradan qərar verdim ki, yox, belə qala bilməz, gərək ora işləsin. Beləcə, həm yoldaşımın ruhuna hörmət əlaməti olaraq həm də sənətin yaşaması üçün bu addımı atdım” - deyə çəkməçi xanım qeyd edib. 

Əlindəki işi təqdim edən çəkməçi xanım istənilən ayaqqabını yenidən tikə, xüsusən xanımların ayaqqabısına bəzək verə bildiyini deyib. Elə bu arada müştərilərdən biri yaxınlaşıb ötən gün verdiyi sifarişlə maraqlanır. Çəkməçi xanım, ayaqqabının hazır olduğunu bildirir. Öyrənirik ki, Rəbiyyət Sayıbova çəkməçi xanımı uzun illərdir tanıyır və Dadalovların daimi müştərisidir.  

“Çox gəlmişəm, çox gözəl ayaqqabı tikir, çox razıyıq. Çox səliqəli işləyir. Ona görə etimadımız böyükdür”, - deyə müştəri sağolaşıb emalatxanadan ayrılır. 

Fəzilət Dadalova son illər bu sənətin demək olar arxa plana keçdiyini, marağın azaldığını desə də, onlara təlabatın da olduğunu bildirib. 

Belə ki, ustanın uzun illik təcrübəsi müştərilərin müxtəlif sifarişlər verməsinə səbəb olur. Belə ki, çəkməçi xanım qadınların ayaqqabılarına müxtəlif bəzək əşyaları əlavə etməklə onu daha yaraşıqlı və gözəl görünməsini təmin edə bilir. 

 Çəkməçi xanım hər bir peşənin çətin olduğunu lakin onu yaşatmaq üçün insandan səbr və əziyyət tələb etdiyini deyib. Bu səbəbdən də Fəzilət Dadalova illərdir ki, səbrə qatlaşıb, əziyyət çəkib həyat yoldaşının ona öyrətdiyi bu peşəni şərəflə davam etdirir. Halal zəhməti ilə həm ailəsini dolandırır, həm də mərhum həyat yoldaşının ruhunu şad edir. 














Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

Mir Şahin Mehman Hüseynovun Azərbaycanda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri ilə görüşdüyü iddialarına cavab verdi - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

Türkiyəli prodüser Erol Köse öldü

Türkiyəli prodüser Erol Köse öldü

End of content

No more pages to load

RADİO