ABŞ-Azərbaycan münasibətlərinə kölgə salan BƏDNAM LAYİHƏ – 907-ci düzəlişin ləğv olunmasının VAXTIDIR

Ermənistan-Azərbaycan münaqişəsi tarixə gömülsə də, onun bəzi nəticələri hələ də mövcudluğunu qoruyur. Bu nəticələr özünü təkcə Qarabağdakı, Şərqi Zəngəzurdakı işğalın izlərində deyil, eyni zamanda siyasi müstəvidə də göstərir.

Onlardan biri də 907-ci düzəlişdir...

1992-ci ildə erməni lobbisinin təzyiqi ilə ABŞ Konqresi Azərbaycana birbaşa dövlət yardımlarını qadağan edən 907-ci düzəlişi qəbul etdi. Konqresin bu qərarı guya “Azərbaycanın Ermənistana qarşı təcavüzünün qarşısını almaq” məqsədi güdürdü. Əslində isə təcavüzkar Azərbaycan yox, Ermənistan idi. 

2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə ciddi töhfələr verdi. Həmin dövrdən etibarən hər il ABŞ prezidentləri tərəfindən sözügedən qadağanın tətbiqi dayandırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin avqustunda “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd etdiyi kimi:

“907-ci düzəliş” 2001-ci ildə dayandırıldı. Niyə? Çünki onların Əfqanıstanda bizə ehtiyacları var idi. Onlara səmamız, dənizimiz lazım idi. Onlara dəmir yolu lazım idi.

Biz Amerika logistikasına və daşımalara çox mühüm dəstək verdik. Beləliklə, Bayden Əfqanıstandan qaçan kimi bizə yenidən sanksiya tətbiq etdilər. Axı, necə belə nankor olmaq olar?!”

907-ci düzəliş Konqresin gündəmində

8 avqust 2025-ci il tarixdə Vaşinqtondan ABŞ, Azərbaycan və Ermənistan liderlərinin razılaşmasından sonra gözlənilirdi ki, Tramp tezliklə bu bədnam düzəlişi aradan qaldırmaq üçün Konqresə təzyiqlər edəcək.

Bundan bir ay sonra ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd etdi.

Hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli idi və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanmışdı.

Birinci düzəliş ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi.

Hər iki düzəlişin rədd edilməsi ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı çıxan erməni lobbisinin Konqresdə daha bir məğlubiyyətini nümayiş etdirdi.

Lakin ABŞ konqresi tərəfindən hələ də 907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi qəbul olunmayıb.

Digər tərəfdən, hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir. Tərəflər artıq Vaşinqtonda əldə olunan razılaşmalara əsasən kommunikasiyaların açılması məsələsini müzakirə edir, ticarət əlaqələrinin bərpası istiqamətində işlər aparırlar. 

Bu reallıqlar fonunda 907-ci düzəlişin hələ də ləğv olunmaması tamamilə absurddur.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, 907 saylı düzəlişin ləğvi üçün ilk addım atılıb:

“Nümayəndələr Palatası bu yaxınlarda bu düzəlişi rədd edib. Növbəti addım isə Yuxarı Palatanın-Senatın Nümayəndələr Palatasının bu qərarını dəstəkləməsidir. Yalnız bundan sonra Prezident 907 saylı düzəlişin ləğv edilməsi ilə bağlı qanunu imzalamalıdır. Əslində bu Azərbaycana qarşı edilmiş ədalətsizlik idi. Üstəlik bu məsələ ABŞ-Azərbaycan münasibətlərinə
hər zaman kölgə salıb. 

Xatırladaq ki, 2001-ci ildə ABŞ Əfqanıstanda antiterror əməliyyatına başlayanda Azərbaycanın imkanlarından çox faydalandı. Ona görə də o zaman Konqres ABŞ prezidentinə əlavə səlahiyyətlərin verilməsi üçün qanun qəbul etdi. Həmin qanunun məğzi də o idi ki, ABŞ-ın milli maraqlarına zərər gətirən istənilən qanunu prezident dondura bilər. Məhz bu addımdan sonra 907 saylı düzəliş donduruldu. 

İstənilən halda, 907 saylı düzəliş ABŞ-ın milli maraqlarına və siyasi imicinə zərər gətirir. Çünki təcavüzə məruz qalan, torpaqları işğal olunan Azərbaycan idi. Təcavüzkarın dəstəklənməsi isə heç kimə, o cümlədən, ABŞ-a başucalığı gətirmir”.

Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO