Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobillə "QAZ 3110" markalı avtomobil toqquşub.
Hadisə zamanı "QAZ" da olan Yeni Qızılca kəndinin sakinləri, 1982-ci il təvəllüdlü Könül İsmayılova, 1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu