Səhvən başqasının kartına göndərdiyimiz pulu necə ala bilərik? - Hətta faizini də...

Ödəniş terminallarından yaxud,mobil tətbiqlərdən səhvən başqasının kartına pul göndərə bilirik.

Bizim.Media xəbər verir ki, bu zaman çoxları nə edəcəyini, kimə müraciət edəcəyini, harasa məlumat verərsə, pulunun geri qaytarılıb-qaytarılmayacağını bilmir. Çoxları isə təlaşdan özünü itirir.

Bəs görəsən, səhvən karta ödəniş etdikdə ilk növbədə nə etməliyik?

Hüquqşünas Cavidan Osmanlı lent.az-a açıqlamasında bildirib ki, kartın sahibi yanlış hesaba ödəniş etdiyinin fərqinə vardığı an ilk növbədə banka müraciət etməlidir:

“Bir çox hallarda pul digər şəxsin hesabına köçənə qədər bank imtinanı rəsmiləşdirib, pulu geri qaytara bilir. Lakin pul qarşı tərəfin kartına köçürülübsə və artıq bank ondan imtina verə bilmirsə, o halda zərərçəkmiş məhkəməyə müraciət etməlidir.
 

İnsanlar fikirləşir ki, hüquq mühafizə orqanları, polis ödənilmiş məbləğin qaytarılmasına yardımçı olacaq, lakin bunun heç bir faydası yoxdur. Bilmək lazımdır ki, həmin dövlət qurumları kibercinayətkarlıq hallarında yardımçı ola bilərlər. Qarşı tərəf pulun qaytarılmasından imtina etdikdə, zərərçəkmişin məhkəmədə Mülki Məcəllənin “əsassız varlanma” maddəsi ilə 2 il müddətində iddia qaldırmaq hüququ var. Qeyd edim ki, bu iddialar çox zaman təmin olunur.


Hətta onu da qeyd edim ki, məhkəmə prosesi uzandığı halda həmin müddətlər ərzində əldən çıxmış faydanı da qarşı tərəfdən faizlə tələb etmək olar. Bu, o halda mümkündür ki, zərərçəkmiş sübut etsin ki, səhvən göndərdiyi məbləğ bu aylar ərzində hansısa investsiyaya istifadə olunacaq və ondan xeyir götürəcəkmiş, hazırkı vəziyyətdə isə bu haqdan məhrum olub.

Əgər bunu sübut edə bilsələr, həmin uzanmış aylardakı məbləği də almaq mümkündür”, - deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, kibercinayətkarlıq, yəni bank kartlarından pul oğulandığı hallarda isə dərhal polisə müraciət etmək lazımdır.

Daxili İşlər Nazirliyindən mütəmadi olaraq bildirilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO