Baş nazir bu qaydanı təsdiq etdi

Nazirlər Kabineti tərəfindən ölkədə informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılması ilə bağlı Qayda təsdiq edilib.  

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
 

İnformasiya təhlükəsizliyi üzrə yarana biləcək təhdidləri və riskləri qiymətləndirmək, riskə səbəb ola biləcək hadisələri əvvəlcədən müəyyən etmək, həyata keçirilməli qabaqlayıcı tədbirləri proqnozlaşdırmaq və bütün məlumatları reyestrdə toplamaq məqsədilə sözügedən qayda təsdiq edilib.


Qaydaya əsasən dövlət orqanları (qurumları) öz informasiya məkanlarının təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması üzrə fəaliyyətlərinin səmərəli təşkili üçün risklər reyestrlərini formalaşdırmalıdırlar.

Qaydanın tələbləri dövlət orqanları (qurumları) üçün məcburidir və onlarda Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi üzrə aparılan nəzarətin predmetini təşkil edir.

Eyni zamanda, müvafiq qərarda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Təhdidlər və həllər” kataloqunun yaradılması, onun daima yenilənməsi, o cümlədən dövlət qurumlarında risklər reyestri formalaşdırıldıqdan sonra onların təsdiq olunmuş qaydanın tələblərinə uyğunluğunun qiymətləndirilməsinin aparılması tapşırılıb.

İnformasiya təhlükəsizliyi üzrə risklər reyestrinin aparılması informasiya aktivlərinin qorunması sahəsində sistemli, ölçülə bilən və hüquqi baxımdan əsaslandırılmış idarəetmənin təmin edilməsi üçün zəruridir.

Risklər reyestri qurumların informasiya təhlükəsizliyi mühitində mövcud olan təhdidlərin, zəifliklərin və potensial təsirlərin strukturlaşdırılmış şəkildə müəyyənləşdirilməsinə, sənədləşdirilməsinə və davamlı olaraq yenilənməsinə imkan yaradır.

Risklər reyestri ilk növbədə risklərin subyektiv qiymətləndirilməsinin qarşısını alır və qərar qəbuletmə prosesini faktlara əsaslanan müstəviyə keçirir. Bu sənəd vasitəsilə hər bir riskin mənbəyi, başvermə ehtimalı, mümkün zərər dərəcəsi və riskin qəbul edilə bilən olub-olmaması aydın şəkildə müəyyən olunur.
 

Nəticə etibarilə, resursların bölgüsü təsadüfi deyil, prioritetləşdirilmiş risk yanaşmasına əsaslanır.


Hüquqi baxımdan risklər reyestri təşkilatın “lazımi ehtiyat tədbirləri görmə” öhdəliyinin icrasının sübutu kimi çıxış edir. İnformasiya təhlükəsizliyi insidenti, məlumat sızması və ya sistem pozuntusu baş verdiyi halda, risklərin əvvəlcədən müəyyən edilməsi və adekvat tədbirlərin planlaşdırılması təşkilatın məsuliyyətinin qiymətləndirilməsində mühüm rol oynayır. Bu, həm daxili nəzarət, həm də audit və yoxlama mexanizmləri üçün əsas istinad sənədidir.

Bundan əlavə, risklər reyestri normativ-hüquqi aktlara, daxili qaydalara və beynəlxalq standartlara uyğunluğun təmin edilməsində praktiki alət funksiyasını yerinə yetirir.

Reyestrin aparılması informasiya təhlükəsizliyinin epizodik tədbirlər toplusu deyil, davamlı və dövri idarə olunan proses olduğunu təsdiqləyir. Risklərin vaxtaşırı yenidən qiymətləndirilməsi texnoloji dəyişikliklərə, yeni təhdidlərə və təşkilati transformasiyalara çevik reaksiya verməyə şərait yaradır.

Nəticə etibarilə, informasiya təhlükəsizliyi üzrə risklər reyestri təkcə texniki idarəetmə sənədi deyil, hüquqi məsuliyyətin bölüşdürülməsi, idarəetmə şəffaflığının artırılması və təşkilatın informasiya aktivlərinin qorunması üzrə mövqeyinin əsaslandırılması baxımından fundamental əhəmiyyətə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

End of content

No more pages to load

RADİO