Bu il qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxması hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur. Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda bildirilib.
ADY həmçinin qarşısına heyvan çıxması nəticəsində zərər görən qatarın fotosunu da paylaşıb.

Bizim.Media