Tovuzda baş verən qəza zamanı ağır xəsarət alan şəxsin kimliyi məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində "OPEL" markalı avtomobilin sürücüsü Tovuz rayon Qaraxanlı kənd sakini 1990-cı il təvəllüdlü Bayramov Rauf İsmayil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, rayonun Əlimərdanlı kəndində maşın idarəetmədən çıxaraq ağaca çırpılıb, sonra isə kanala düşüb.
Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu