BİZİM TƏQVİM: 26 dekabrda baş vermiş tarixi hadisələr

1991-ci ilin bu günündə Azərbaycan Respublikasının Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və burada separatçı rejim yaradılıb. Həmin tarixdə Xankəndidən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatdırılıb. Ancaq Azərbaycan xalqının iradəsi sayəsində 19 sentyabr 2023-cü ildə Xankəndi sonuncu separatçıdan azad edildi və Azərbaycanın suveren hüquqları bərpa olundu.

Bəs, dekabrın 26-da dünyada daha nələr olub?

1. 1825-ci ilin 26 dekabrında Rusiyada Dekabristlər üsyanı baş verib. Dekabristlər üsyanı rus feodal təhkimçi mühitinin cəmiyyətdə doğurduğu ədalətsizliyin və rus milli şüurunun oyanmasının nəticəsi idi. Dekabristlər üsyanı rus inqilabi fikrinin formalaşmasına, həmçinin Avropada gedən respublika hərəkatına müəyyən təsir göstərmişdi.

2. 26 dekabr 1898-ci ildə fransız alimləri Pyer və Mari Küri (Pierre və Marie Curie) radium elementini kəşf etdilər. Bununla əlaqədar onlar 1903-cü ildə Nobel Fizika Mükafatını qazandılar.

3. 26 dekabr 1905-ci ildə Cənubi Afrikanın Pretoria bölgəsində 3106 karat dəyərində "Cullinan" almazı tapıldı. 9 parçaya bölünən almazdan əldə edilən 530 karatlık dünyanın ən böyük brilyantı Böyük Britanya kral tacına yerləşdirildi.  

4. 1975-ci ilin bu günü SSRİ (keçmiş Sovetlər) dünyanın ilk süpersonik təyyarəsi olan “Tu-144”ü xidmətə çıxardı.  

5. “Time” jurnalının hər il yayınladığı “İlin adamları” siyahısına 1982-ci ilin 26 dekabrında ilk dəfə insan olmayan bir obyekt düşdü: bu, fərdi kompüter idi.

6. 26 dekabr 1991-ci ildə SSRİ Ali Soveti Müstəqil Dövlətlər Birliyinin yaranması ilə əlaqədar ittifaqın mövcudluğuna son qoyulması haqqında bəyannamə qəbul edib. Həmin gün Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə, ittifaq dağıldı. SSRİ-nin dağılması ilə 15 ölkə müstəqillik qazandı.

7. 2003-cü il 26 dekabr tarixində İranın Kirman əyalətində 6,6 bal gücündə zəlzələ baş verdi ki, çoxu Bəm şəhərindən olmaqla təxminən 20 min adam həyatını itirdi. 

26 dekabrda həm də bu şəxsiyyətlər xatırlanır:

1.Dünya elminin korifeylərindən olan İngiltərə alimi İsaak Nyuton 1642-ci ilin bu günü anadan olub.  İsaak Nyuton “Başlanğıclar” əsərində ilk dəfə Yer və Goy mexanikasının vahid sistemini yaradıb (1642-1727).

2. Böyük rus bəstəkarı, simfonik musiqinin inkişafında böyük xidmətləri olan Aleksandr Skryabin 1872-ci il 26 dekabrda anadan olub. A.Skryabinin sözsüz xor partiyaları, “Misteriya”, “Prometey”, “İlahi poema” kimi simfonik əsərləri dünya musiqisinin incilərindən sayılır (1872-1915).

3. Osmanlı dövründə antik Troya şəhərini gün üzünə çıxaran və tapdığı Troya xəzinələrini xaricə qaçıran alman həvəskar arxeoloq Henrix Şliman 1890-cı ilin bu günü Napolidə ölüb.

4. Misir xalqının istiqlaliyyət qazanmasında əvəzsiz xidmətləri olan, respublikanın görkəmli dövlət və siyasi xadimi Ənvər Sadat 1918-ci ilin 26 dekabrında dünyaya gəlib (1918-1981)

5. 26 dekabr 1910-cu ildə yazıçı Yusif Şirvan (1910–1979) anadan olub. “Şəfəq”, “Buludlar dağılır” və s. romanların müəllifidir. Rusca ədəbiyyatdan tərcümələr edib.

6. 26 dekabr 1919-cu ildə Xalq artisti, rəqqasə Əminə Dilbazi (1919 – 30.4.2010)  anadan olub. “Çinar”, “Sevinc” qızlar ansambllarını yaradıb. 

7. 26 dekabr 1950-ci ildə  Xalq artisti Nuriyyə Əhmədova (1950 – 10.10.2015)  anadan olub. Musiqili Komediya Teatrında çalışıb, “Bəxt üzüyü”, “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət”  və s. filmlərdə çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

End of content

No more pages to load

RADİO