Ukrayna münaqişəsində sülh yalnız bu halda mümkün olacaq – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə ABŞ ilə müzakirə olunan 20 maddəlik sülh planının bəndlərini açıqlayıb. Sözügedən bəndlərdə Ukraynanın suverenliyinin təsdiqlənməsi, təhlükəsizlik zəmanətləri kimi məqamlarla yanaşı, ərazi bölgüsü kimi məqamlar da öz əksini tapıb.

Lakin Zelenskinin təklif etdiyi layihə o qədər də real görünmür. Ələxüsus da, Rusiyanın hazırki tələblərini nəzərə aldıqda, Moskvanın bu şərtlərlə sülhə razılaşması ehtimalı azdır. 

Bəs növbəti ildə Rusiya-Ukrayna müharibəsi bu və ya digər formul üzrə başa çata bilərmi?

Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla həmsöhbət olduq.

Bizim.Media həmin müsahibəni təqdim edir:

- Tofiq müəllim, Zelenskinin açıqladığı 20 maddəlik sülh planını necə dəyərləndirirsiniz?

- Açığını desəm, bu layihənin perspektivinə inanmıram. Müəyyən təkliflərin olması normaldır. Amma reallığı nəzərə alanda bəzi təkliflərin reallaşma ehtimalı 0-a bərabərdir.

Bilirsiniz ki, həm Ukraynada daxilində, həm də xaricdə belə bir fikir var ki, Zelenski sülh istəmir. Bu layihə ilə Zelenski sübut eləmək istəyir ki, o sülhü istəyir və müəyyən təşəbbüslər də irəli sürür. Ona görə də gəlin buna təbliğat materialı kimi baxaq.

- Bəs Tramp adminstrasiyasının və Avropa Birliyinin hazırladığı sülh planlarına necə baxırsınız?

- Problem ondadır ki, tərəflər başa düşürlər ki, onların istədiklərini danışıqlar yolu ilə həll eləmək mümkün deyil. Lakin həm Rusiya, həm də Ukrayna Trampa yox deməmək üçün belə bir görüntü yaradır ki, onlar da sülh istəyirlər.

- Biz yaşadığımız Qarabağ probleminin həllində gördük ki, üçüncü tərəflərin iştirakı bir qayda olaraq ziddiyyətləri daha da dərinləşdirir. Bu mənada Rusiya ilə Ukraynanın vasitəçisiz danışıqlar masasına oturması perspektivini necə qiymətləndirirsiniz?

- Belə bir ehtimal çox azdır. Biz başa düşməliyik ki, vasitəçilik edən dövlətlər istənilən vaxt Ukraynanın siyasətinə təsir edə bilərlər. Bu da təsadüfi deyil. Bu gün Qərbin yardımları olmasa Ukrayna müharibəni davam etdirmək iqtidarında deyil. Ona görə də Ukrayna bütün addımlarını Qərbin razılığı ilə atır. Bu mənada Ukraynanın vasitəçisiz Rusiya ilə danışıqlar masasına oturmaq variantı yoxdur. Üstəlik, münaqişə tərəfləri hələ də hərbi yolla nəyəsə nail olacaqlarını düşünürlər.

İndiki vəziyyətdə əsas məsələ daxildən tərəflərə təsir etmək imkanlarıdır. Həm Rusiya, həm də Ukrayna əhalisi artıq müharibədən yorulub. Müqayisə üçün deyək ki, bir neçə aydan sonra bu müharibə SSRİ-nin Almaniya ilə apardığı müharibədən daha uzun olacaq.
 

Amma nəticələr tam fərqlidir. Hazırda həm Rusiyanın, həm də Ukraynanın siyasi elitası öz varlıqlarını qoruyub saxlamaq üçün müharibəni uzadırlar. Tramp üçün də əsas problem budur. Hesab edirəm ki, sülh danışıqlarının baş tutması üçün hansısa tərəflərdən birində siyasi elitanın transformasiyası baş verməlidir.


Yalnız o zaman xalqın və yeni siyasi elitanın sülh istəyi reallaşa bilər. Təbii ki, söhbət sülhün hansı şərtlərlə əldə olunmasından getmir. Sadəcə sülh danışıqları üçün hazırkı siyasi elitalardan biri siyasi səhnədən getməlidir. Amma bütün hallarda verilən qərarlar Ukrayna üçün ağır olacaq.

- Bu müharibə hansı tərəfin siyasi elitasının sonunu gətirə bilər?

- Bu sualın cavabı üçün ilk növbədə biz dinamikaya baxmalıyıq. Reallıq ondan ibarətdir ki, ötən hər gün münaqişə tərəfləri daha da zəifləyir. Doğrudur, dünyadakı əksər aktorlar çalışır ki, Rusiya zəifləsin. Lakin görünən odur ki, Rusiya yetərincə zəifləməyib. Bu oyunun qurbanı olan Ukraynada isə vəziyyət çox acınacaqlıdır.
 

Mütəxəssislər hesab edirlər ki, müharibə bitsə də, Ukrayna əhalisinin əvvəlki sayını bərpa eləmək mümkün olmayacaq. Çünki onminlərlə insan məhv edilib, yüzminlərlə insan didərgin düşüb.


Bu mənada bu münaqişə həm Ukrayna xalqı, həm də Ukraynanın siyasi elitası üçün yaxşı nəsə vəd etmir.

- 2026-cı ildə Rusiya-Ukrayna münaqişəsində hansı yeniliklər yaşana bilər?

- Növbəti ildə Rusiyada və eləcə də Ukraynada siyasi elitanın dəyişməsi çox real görünür. Rusiyada çox ciddi iqtisadi böhran baş verməkdədir. Rusiya neftinin qiyməti 30 dollara düşüb. Bu da həm büdcə, həm də iqtisadiyyat üçün böhran rəqəmləridir. Belə vəziyyətdə Rusiyanın müharibəni hansı resurslarla davam etdirəcəyi sual doğurur.

Təbii ki, iqtisadi tənəzzül sosial narazılıq yaradır. Sosial narazılıqsa ölkədə vəziyyəti dramatikləşdirir. Ukrayna barədə isə nəsə demək artıqdır. Bu ölkə birmənalı şəkildə tükənib. Belə vəziyyətdə hansı ölkədə siyasi elitanın qurban veriləcəyi çox önəmlidir. Əgər siyasi elitalardan biri dəyişsə, 2026-cı ildə sülh prosesi başlaya bilər. Əks-təqdirdə müharibə daha bir il uzanacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO