Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

İki il əvvəl antiterror əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində həyat yenidən canlanıb. Qəsəbədə evlərin təmiri ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Bizim.Media-ya bildirib ki, Kərkicahan qəsəbəsində təmir işlərinə bu ilin may ayında başlanılıb.

Qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə, 115 sakin qəsəbəyə qayıdıb.
 
Həmçinin qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

Səidə Bəkirqızı “Space TV”dən ayrıldı – VİDEO

Gəncə Yeni ili qarşılamağa hazırlaşır – VİDEO

Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Xətt çəkilib, sayğac qoyulub, amma SU YOXDUR - Şağan sakinlərindən ŞİKAYƏT

Zelenski rus vətəndaşlığı alan idmançını prezident təqaüdündən məhrum etdi

Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatdı – FOTO/VİDEO

“Kristal” qlobal kabel istehsalçısı “Prysmian Group” ilə memorandum imzalayıb!

Bu il Azərbaycanda qeydə alınan zəlzələlərin SAYI

Prezident Fred Asifin oğlunu təltif etdi – FOTO

3 ildir itkin sayılırdı, meyiti öz həyətində tapıldı – Dəhşətli cinayətin baş verdiyi EVDƏN – VİDEO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

"Moskva göz yaşlarına inanmır" filminin baş qəhrəmanı vəfat etdi – FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

Kərkicahanda bu il və gələn il təmir olunacaq evlərin sayı AÇIQLANDI - FOTO

200 manatlıq birdəfəlik yardımların ödəniləcəyi TARİX AÇIQLANDI

Baş Prokurorluqdan cinayət işinin yoxa çıxması iddialarına REAKSİYA

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO