Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Türkiyədə gələn il minimum əməkhaqqı 28 min 75 lirə (1,114 AZN) olacaq. Bu rəqəm ictimaiyyətimizdə birmənalı fikir yaratmayıb. Kimisi qonşu ölkənin getdikcə zəifləyən iqtisadiyyatı fonunda Azərbaycanda minimum əməkhaqqının az olduğunu vurğulayır, kimisi Türkiyə ilə müqayisəni uğursuz adlandırır.

Azərbaycanda da minimum əməkhaqqı 1000 manata çata biləcəkmi? Minimum maaş nə qədər olmalıdır?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova Türkiyədə minimum əməkhaqqının təqribən 250 manat ekvivalentində artırıldığını deyib:

“İlk baxışda bu artım kifayət qədər müsbət və yüksək rəqəm kimi görünür. Lakin ərzaq və kommunal xərclərlə müqayisədə qiymətlər Azərbaycanla demək olar eyni səviyyədə, bəzi məhsullarda isə daha yüksəkdir. Digər mühüm məqam mənzil və kirayə xərcləridir. Hazırda minimum əməkhaqqı 22 104 lirə olduğu halda, kirayə qiymətləri əsasən 25-30 min lirə aralığındadır. Sosial-iqtisadi və psixoloji rahatlıq baxımından mənzil təminatı əsas şərtlərdən biridir.

Bu yanaşma Azərbaycan üçün daha aktual hesab olunsa da, Türkiyədə kirayədə yaşamaq ciddi problem kimi qiymətləndirilmir. Bunun əsas səbəbi bank depozitləri üzrə illik faizlərin 38-50 faiz arasında dəyişməsidir. Bir çox hallarda vətəndaşlar daşınmaz əmlaka investisiya etməkdənsə, faiz gəlirləri hesabına kirayə xərclərini ödəməyi üstün tuturlar. Alıcıların digər seçimlərindən biri torpaq sahəsi alaraq azmərtəbəli bina tikməkdir. Bu zaman mənzillərin birində özləri yaşayır, bir neçəsini övladlarına verir, qalanlarını isə kirayə məqsədilə istifadə edirlər”.

İqtisadçı bildirib ki, həm Azərbaycanda, həm də Türkiyədə minimum əməkhaqqının artımı
adətən inflyasiyanın sürətlənməsi ilə müşayiət olunur:


“Məsələn, əməkhaqqı 27 faiz artırıldıqda, vergi, xidmət və ərzaq qiymətlərində artım ən azı 40 faizə çata bilir. Azərbaycanda minimum əməkhaqqının 1000 manata çatması yaxın dövr üçün real görünmür, lakin növbəti 5 il ərzində mümkün ola bilər. Ölkələrin iqtisadi strukturu və vətəndaş təfəkkürü fərqli olduğu üçün hər hansı modeli birbaşa tətbiq etmək düzgün deyil. Real əməkhaqqının məbləği qiymət sabitliyi ilə uzlaşmalıdır.

Əks halda, maaşın 1200 manat olması fonunda ərzaq və mənzil qiymətləri kəskin bahalaşa, əhalinin böyük hissəsi kirayədə yaşamağa məcbur qala bilər. Ona görə də yeni rəqəmlər müəyyənləşdirilməzdən əvvəl zəruri istehlak məhsullarının qiymətində sabitliyin qorunması əsas şərtdir. Qiymət sabitliyi saxlanılmaqla sahibkarın satış həcmi hesabına qazanc əldə etməsi də mümkün olmalıdır”.

Ekspert qeyd edib ki, ölkəmizdə Türkiyə modelinin tətbiqi üçün ilk növbədə bank sektorunda ciddi islahatlara ehtiyac var:

“Pul siyasətinin çevikliyi artırılmalı, kredit şərtləri yüngülləşdirilməli, depozit və kredit faizləri arasındakı fərqdən əldə olunan gəlirin daha böyük hissəsi banklardan çox vətəndaşlara yönəldilməlidir. Qardaş ölkə ilə müqayisə aparan vətəndaşlar müəyyən mənada haqlıdırlar. Son illərdə Türkiyədən əmlak alan azərbaycanlıların sayının artması da bunun göstəricisidir. Onların bir qismi düşünür ki, öz ölkəsində işsiz və ya minimum əməkhaqqı ilə yaşamaqdansa, xaricdə əmlak sahibi olub, daha yüksək gəlir imkanları olan mühitdə çalışmaq daha məqsədəuyğundur”.

Qeyd edək ki, hazırda Azərbaycanda minimum əmək haqqı aylıq 400 manatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO