Qəhrəman pilotun qızı: “Söz verdi ki, enişdən sonra danışarıq” – FOTO

“Bu gün mən yalnız qəhrəmanın qızı kimi danışmıram. Həyatım boyu yanımda olan atanın qızı kimi danışıram. Mən onun çoxdan gözlədiyi qızı idim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Qəhrəman İqor Kşnyakinin qızı Natalya Kşnyakina AZƏRTAC-a açıqlamasında deyib.

Qəhrəman pilotun qızı atası ilə bağlı xatirələrini bölüşüb:

“Uşaqlıqdan bizim evdə hamı bilirdi ki, ata göydədir. Bu, həyatımızın adi bir hissəsi idi. Forma, qapı ağzında çamadan, uçuşdan əvvəlki baxışı. O, heç vaxt çox danışmazdı, amma həmişə bir cümlə deyərdi: “Tezliklə qayıdacağam”. Mən buna inanırdım, çünki o, həqiqətən həmişə qayıdırdı.
 

Mənim böyük qardaşım var. O da atam kimi göyü seçdi, onun yolunu davam etdirərək pilot oldu. Hazırda Bakıda yaşamır, lakin ailəsi ilə hər gəlişində ata mütləq onunla vaxt keçirməyə çalışardı. Onlar hər zaman görüşməyə can atırdılar, ata isə nəvələrinə xüsusilə sevinirdi. Bunlar onun üçün ən isti və ən qiymətli anlar idi.


Mən balaca olanda ata məni tez-tez özü ilə göbələk yığmağa aparardı. Mən tapa bilməyəndə, çox narahat olurdum. Xatırlayıram ki, məyus olurdum, o isə sakitcə deyirdi: “Narahat olma, alınacaq”. Bu sözləri ömrüm boyu yadda saxladım. Ata həmişə dəstək olmağı və inam verməyi bacarırdı – həm o vaxt, həm də mən böyüyəndən sonra. O, məni sözlərlə deyil, öz həyatı ilə tərbiyə edirdi. Dürüst olmağı, çətinliklərdən qorxmamağı, gördüyün işə və yaxınlarına görə məsuliyyət daşımağı öyrədirdi. Məşğul olmasına baxmayaraq, mənim üçün hər zaman vaxt tapırdı – danışmağa, dəstək olmağa, sadəcə yanımda olmağa.

Ata ikinci dəfə ailə qurdu, lakin münasibətlərimiz dəyişmədi. Demək olar ki, hər axşam danışırdıq. Bütün vacib qərarları, bütün narahatlıqları həmişə onunla müzakirə edirdim. Bu söhbətlərdən sonra mən həmişə rahatlaşırdım – ata son ana qədər mənim dayağım idi.
 

O, ailə bayramlarını çox sevirdi. Yeni ili birlikdə qarşılamağı planlaşdırırdıq — atam, onun ailəsi və mənim həyat yoldaşım. Bayram süfrəsində nələrin olacağını məmnuniyyətlə müzakirə edirdi. Ümumiyyətlə, ata yemək bişirməyi sevirdi. Məhz o, mənə şah plov bişirməyi öyrədib. İndi hər dəfə onu hazırlayanda atam yadıma düşür.


Faciədən bir gün əvvəl, adəti üzrə axşam ona zəng etdim. O dedi ki, səhər reysi var və söz verdi ki: “Enişdən sonra danışarıq”.

Lakin səhər onun zəngi əvəzinə təyyarənin qəzaya uğraması xəbərini aldım. Əvvəlcə buna sadəcə inana bilmədim. Xəbərləri açdım, həmin görüntüləri gördüm və o an sanki içimdə hər şey dayandı. Onun səsini artıq eşitməyəcəyəm, biz bir daha danışmayacağıq... 25 dekabr - atamın olmadığı gündür. Mənim üçün bu tarix xatirə və matəm günüdür. Bu gün mən təkcə atamı xatırlamaq istəmirəm.

Həmin gün son ana qədər onun yanında ekipaj üzvləri var idi - öz borclarını vicdanla və sona qədər yerinə yetirən insanlar. Mən onların hər biri qarşısında dərin hörmətlə baş əyirəm.

Bu aviaqəzada həlak olan bütün ailələrə səmimi başsağlığı verirəm. Qoy onların hər birinin xatirəsi atamın xatirəsi kimi eyni ehtiramla yaşadılsın.

Bu ilin dekabrın 20-də ekipaj üzvlərinin ailələrinin digər nümayəndələri ilə birlikdə faciənin baş verdiyi yerə — Aktauya uçdum. Bu səfərin təşkilinə kömək etdiklərinə və yanımızda olduqlarına görə Qazaxıstandakı ölkəmizin konsulluğuna, AZAL rəhbərliyinə və əməkdaşlarına minnətdaram. Orada olmaq mənim üçün çox vacib idi.

Faciəyə qarşı göstərilən xüsusi diqqətə görə Prezident İlham Əliyevə ayrıca təşəkkür etmək istəyirəm.

Sonda demək istəyirəm ki, ölkə üçün atam qəhrəmandır.

Həmkarları üçün etibar edilən komandir idi. O, peşəsini sevirdi və onunla yaşayırdı.

Mənim üçün isə o, həmişə ata olaraq qalacaq - ən doğma və ən yaxın insan.

Ata, sən həmişə mənimləsən. Bütün həlak olanlara sonsuz hörmətimi ifadə edirəm. Allah rəhmət eləsin!”

Xatırladaq ki, ötən ilin dekabrın 25-də AZAL aviaşirkətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin və 5 ekipaj üzvü) olmuş, onlardan 29-u, o cümlədən iki ekipaj üzvü sağ qalıb.

Həlak olanlar arasında hava gəmisinin komandiri, Azərbaycanın Milli Qəhrəmanı İqor İvanoviç Kşnyakin də olub.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Bakıda yataqxana binası YANIR

SON DƏQİQƏ! Bakıda yataqxana binası YANIR

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ! - Bakıda bu yol bağlanacaq

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO

Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı – VİDEO

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

Kaliforniyada güclü qasırğa: 101 min ev işıqsız qaldı

Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Günel Səfərova: “Uşaqların süni intellektlə hazırlanmış foto və videolarını yaya bilirlər”

Zelenskidən gözlənilməz ADDIM – Müharibəni bitirəcək qərar, yoxsa diplomatik OYUN?

Zelenskidən gözlənilməz ADDIM – Müharibəni bitirəcək qərar, yoxsa diplomatik OYUN?

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Sabiq nazirin dövlətə milyonlarla borcu var

Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO

Rusiyada “Bakinskiy dvorik” kafesi bağlandı - Direktor Rizvan Əliyev cərimələndi - DETALLAR - FOTO

Təyyarə qəzasının ildönümü: Həlak olanların xatirəsi anıldı – FOTO

Təyyarə qəzasının ildönümü: Həlak olanların xatirəsi anıldı – FOTO

Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

Narkotikin təsiri altında yük avtomobili idarə etdi – VİDEO

İki avtobusun toqquşması nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

İki avtobusun toqquşması nəticəsində ölən və yaralananların sayı AÇIQLANDI

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? – Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Təyyarə qəzasında xəsarət alanların həyatı necə xilas EDİLDİ? – Qazaxıstanlı həkimdən EKSKLÜZİV AÇIQLAMA

Ən çox təhsil krediti alan universitetlər - SİYAHI

Ən çox təhsil krediti alan universitetlər - SİYAHI

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri AÇIQLANDI

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri AÇIQLANDI

Dünyanın müxtəlif ölkələrində Hindistan hökuməti əleyhinə aksiyalar keçirilir

Dünyanın müxtəlif ölkələrində Hindistan hökuməti əleyhinə aksiyalar keçirilir

ABŞ sakini lotereyada 1,8 milyard dollar uddu

ABŞ sakini lotereyada 1,8 milyard dollar uddu

“Uşaqların süni intellektdən istifadəsinə məhdudiyyətlər olmalıdır” – Ceyhun Məmmədov

“Uşaqların süni intellektdən istifadəsinə məhdudiyyətlər olmalıdır” – Ceyhun Məmmədov

Ukrayna ordusu cəbhənin cənubunda ağır döyüşlər aparır – “ABC News”

Ukrayna ordusu cəbhənin cənubunda ağır döyüşlər aparır – “ABC News”

Qəhrəman pilotun qızı: “Söz verdi ki, enişdən sonra danışarıq” – FOTO

Qəhrəman pilotun qızı: “Söz verdi ki, enişdən sonra danışarıq” – FOTO

Bakıda marşrut avtobusu ağır qəzaya düşdü – ÖLƏNLƏR VAR - VİDEO

Bakıda marşrut avtobusu ağır qəzaya düşdü – ÖLƏNLƏR VAR - VİDEO

Üç il əvvəl itkin düşən şəxsin öldürüldüyü üzə çıxdı – DETALLAR – ÖZƏL

Üç il əvvəl itkin düşən şəxsin öldürüldüyü üzə çıxdı – DETALLAR – ÖZƏL

Bağ massivlərindən oğurluq edən şəxs TUTULDU

Bağ massivlərindən oğurluq edən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO