Bu gün Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən marşrut avtobusu qəza törədib.
Bildirilib ki, hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfər isə xəsarət alıb. (Milli.az)
Bizim.Media