Bu gün şimal bölgəsinin Quba və Qusar rayonlarına qar yağıb.
Bizim.Media xəbər verir ki, Qusarın Ləzə kəndinə 2 sm qar düşüb.
Ötən günlə müqayisədə havanın temperaturu aşağı düşüb. Ən soyuq temperatur Qubanın Xınalıq kəndində qeydə alınıb: - 6,9 dərəcə.
Qarın yağması davam edir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu