ŞAD XƏBƏR: Pensiyaçılar bu sosial xidmətdən pulsuz yararlanır, əks halda 200 manat ödəyəcəkdilər

Yaponiyada dövlət pensiya sistemi ilə yanaşı yaşlı əhali üçün əlavə sosial dəstək mexanizmlərinin mövcudluğu bu kateqoriyanın rifahının qorunmasına xidmət edir. Belə ki, müntəzəm pensiya ödənişlərinə əlavə olaraq sosial bonuslar, birdəfəlik yardımlar və kommunal xidmətlərdə güzəştlər tətbiq olunur. 

Bu yanaşmanın Azərbaycanda da tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusudur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanda pensiyaçılara münasibətdə pensiya məbləğindən əlavə müəyyən sosial dəstək təcrübələri artıq mövcuddur. Onun sözlərinə görə, buna nümunə olaraq pensiyaçıların icbari tibbi sığorta haqlarının dövlət tərəfindən ödənilməsini göstərmək olar:

“İcbari tibbi sığorta mexanizmi pensiya sistemindən sonra formalaşıb. Əgər bu məsələ qanunvericilikdə əksini tapmasaydı, pensiyaçılar hər il təxminən 200 manat məbləğində sığorta haqqı ödəməli olacaqdılar. Hazırda isə bu yük dövlət tərəfindən qarşılanır”.

İqtisadçı xatırladıb ki, 2022-ci ildə inflyasiya göstəricilərinin yüksək olması fonunda pensiyaların indeksləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilib və pensiyaçılara birdəfəlik əlavə dəstək göstərilib:

“Həmin il pensiyaçılara ümumilikdə 200 manat məbləğində – rüblər üzrə 50 manat olmaqla əlavə bonus verildi. Sonradan bu məbləğ pensiyanın əsas hissəsinə daxil edilərək indeksləşdirilmə yolu ilə artırılmağa davam etdirildi”.

Rəşad Həsənovun sözlərinə görə, müxtəlif dövrlərdə pensiyaçılara birdəfəlik maddi yardımların verilməsi ilə bağlı da qərarlar qəbul olunub. Xüsusilə minimum pensiya alan, azgəlirli və tək yaşayan şəxslər üçün davamlı sosial dəstək mexanizmlərinin yaradılması mühüm çağırışdır:

“Şəhər yerlərində yaşayış xərcləri kifayət qədər yüksəkdir. Minimum pensiya məbləği ilə bu xərcləri qarşılamaq çətindir. Bu baxımdan davamlı bonuslar və maddi yardımlar ahıllıq dövründə insanların rifahının daha yüksək səviyyədə təmin olunmasına imkan yarada bilər”.

Lakin iqtisadçı yaxın perspektivdə Yaponiyadakı kimi davamlı sosial bonus mexanizmlərinin tətbiqinin çətin olduğunu da vurğulayıb.

Onun fikrincə, aidiyyəti qurumlar bu məsələdə daha mühafizəkar mövqe nümayiş etdirir:

“Əsas narahatlıq pensiya sisteminin gəlirlərinin xərcləri ödəməməsi ilə bağlıdır. Demoqrafik strukturun dəyişməsi fonunda uzunmüddətli maliyyə risklərinin artacağı ehtimalı bu sahədə ehtiyatlı davranılmasına səbəb olur. Bu yanaşmanı nəzərə alsaq, qısa müddətdə davamlı əlavə dəstək mexanizmlərinin tətbiq ediləcəyini düşünmürəm”.

Beləliklə, ekspertlərin fikrincə, Azərbaycanda pensiyaçılar üçün əlavə sosial dəstək təcrübələri mövcud olsa da, Yaponiyadakı kimi sistemli və davamlı sosial bonusların tətbiqi hələlik real görünmür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO