Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin İkinci Forumu işini yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, dünyəvilik və vicdan azadlığı kimi təməl konstitusion dəyərlərin təbliği, din xadimlərinin hüquq və vəzifələri, peşəkar inkişafı, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə təşkil edilən Forumda respublikamızın müxtəlif bölgələrindən fərqli dinlərə mənsub 100-dən çox din xadimi, müvafiq dövlət qurumlarının nümayəndələri, dini təhsil müəssisələrinin müəllimləri, ilahiyyatçı alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Özbəkistan və Qazaxıstanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. 

Forumda “Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri”, “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları”, “Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” və “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzularında panel müzakirələri aparılıb.

Forumun sonunda panellərin moderatorlarının iştirakı ilə müzakirələrə yekun vurulub.

Birinci panelin moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, çıxışlarda əsasən dövlət-din münasibətlərinin mədəni aspektlərinə diqqət çəkilib.
 

Azərbaycanda bütün dinlərin mədəni irsinə göstərilən dövlət qayğısı və müxtəlif dini abidələrin bərpası istiqamətində görülən işlər məmnunluqla vurğulanıb. Xüsusilə Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında oynadığı aparıcı rolun əhəmiyyəti yüksək qiymətləndirilib.


G.İsmayılov müzakirələrin maraqlı məqamlarından birinin də Azərbaycan və Özbəkistanın dövlət-din münasibətləri modelinin müqayisəli təhlili olduğunu deyib.

İkinci panelin moderatoru Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa din təhsili və maarifçiliklə bağlı aparılan müzakirələr haqqında qısa məlumat verib.

Qeyd edib ki, Azərbaycan dövlətinin din siyasətində bütün dinlərə bərabər və ədalətli münasibət göstərilməsi prinsipi özünü aydın şəkildə büruzə verir. Paneldə müasir texnoloji inkişaf fonunda multikultural dəyərlərin qorunması məsələsinin də diqqət mərkəzində olduğunu söyləyən F.Mustafa bildirib ki, informasiya texnologiyalarından qorxmaq deyil, onları mənimsəmək və insanlıq prinsiplərini qorumaq şərtilə lazımi istiqamətlərdə istifadə etmək lazımdır. Bu, müasir multikulturalizmin əsas təməllərindən biridir.

Üçüncü panelin moderatoru Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev qeyd edib ki, müzakirələrdə dini radikalizmə və zərərli ideologiyalara qarşı mübarizənin düşünülmüş mübarizə üsulları və maarifləndirmə vasitəsilə həyata keçirilməsinin vacibliyi daha çox önə çıxıb. Vurğulanıb ki, bu prosesdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar çıxışlarında müasir ictimai rəyi mütləq əsas götürməli, cəmiyyətin həssas olduğu məqamları nəzərə almalı və gənclərin düzgün maarifləndirilməsi istiqamətində daha aktiv fəaliyyət göstərməlidirlər.

Dördüncü panelin moderatoru Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə ailə dəyərlərinin qorunması və qadın hüquqlarının təmin edilməsi istiqamətlərinə diqqət yetirildiyini deyib. Bildirib ki, ailə dəyərlərinin qorunması, nikahın hüquqi əsasları və uşaq tərbiyəsi məsələlərində cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə praktiki tədbirlərin keçirilməsinə böyük ehtiyac var.

Cəmiyyəti narahat edən ən ağrılı məqamlardan olan erkən nikahlar, qızların təhsildən yayınması və boşanmaların sayının artması kimi mənfi tendensiyalar geniş təhlil edilib.

Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO