Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Mərkəzi Nəbatat bağında uşaqlar üçün bayram şənliyi təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə internat evlərində yaşayan azyaşlılar üçün keçirilib.

Bayram proqramı çərçivəsində balacalar üçün əyləncəli tədbirlər, oyunlar və musiqili proqramlar təqdim edilib. Uşaqlara müxtəlif hədiyyələr paylanıb.

Sonra Leyla Əliyeva uşaqlarla birlikdə IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” (“Urban Ecology”) layihəsi çərçivəsində Mərkəzi Nəbatat bağının ərazisinə Bakı Zooloji Parkında çoxaldılmış 10 sincab buraxıb.
 

“Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların Nəbatat bağı ərazisində təbii şəkildə çoxalmasıdır.


Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və digər heyvan növləri məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb.

Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb.

Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO