Yeni ili qeyd etmək GÜNAHDIR?

“İslama görə Yeni il keçirmək günah deyil”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan qeyd edib. 

O, Yeni ili qarşılayanları  günah, bayram keçirənləri isə “kafir” adlandıran insanlara münasibət bildirib.

“İslam dinində Yeni il bayram olaraq təsis olunmayıb. Nə Miladi, nə də Hicri təqvimi ilə Yeni il başlanğıcını əlamətdar gün olaraq, xüsusi qeyd etmək haqda dini mətnlərdə əmr, tövsiyyə yoxdur. Peyğəmbər və Əhli Beytin də belə bir günü bayram olaraq qeyd etməsi nümunələri yoxdur.
 

Ancaq bu, o demək deyil ki, din sonradan təsis olunan, humanizm əlamətləri olan, sosial münasibətlərə müsbət təsir edən əlamətdar gün və bayramların əleyhinədir. İmam Əli Əleyhissalam buyururdu ki, Allaha qarşı çıxmadığınız hər gün bayramdır.

Yəni, hansı tarixə təvafüq edib etməməsindən asılı olmayaraq o gün ki, insan xeyirxah işlər görür, sevinir və sevindirir, həmin gün Allaha da, bəndələrə də xoş olur. Milad bayramı əsasən Xristian dünyasında təntənəli qeyd olunur. Bu bayram artıq müsəlman aləmində də eyni qaydada keçirilir”.

Müsahibimiz vurğulayıb ki, küknar bəzəmək də günah deyil:

“Dinimizə görə günah sayılan əməllər icra edilmədikcə, belə bayramları qeyd etməkdə maneə yoxdur. Küknar ağacı bəzəməkdə də heç bir günah yoxdur. Heç kəs küknar ağacını mənfi niyyətlə bənzəmir. Əksinə, sevinc, şadlıq, bərəkət rəmzi olaraq bayram əlaməti kimi bəzədilir”.

“Dinin mahiyyəti humanizmdir”.

“İslam dinində əsas tövsiyə olunan bayramlar Ramazan və Qurbandır. Yeni ilin başlanmasını dini yox, dünyəvi bayram kimi qeyd etmək, şənlik keçirmək, xeyriyyə işləri həyata keçirmək, cəmiyyətin sevinməyinə vəsilə olan işlər görmək dini yöndən qəbahət deyil, bəlkə əksinə, bəyəniləndir. Çünki dinin mahiyyəti də insanlığa humanizm bəxş etmək, sosial əlaqələri gücləndirmək və pozitiv həyat bəxş etməkdir”, - deyə Tural İrfan qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO