Səhiyyə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən, əsasən, hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus infeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur".

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətində fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların olduğu bildirilir:

"Adətən, qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir.
 

Belə ki, soyuq temperaturlu havada insanlar daha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olan istinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox az hallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusun kənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən, bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır.


Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir".

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər:

"Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə, xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də xəstə şəxs maskadan istifadə etməlidir.
 

Virusların quru səthlərdə bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində əllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədər kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək lazımdır.


Bundan başqa, qidalanmamıza diqqət etməliyik. Çünki qış fəslində təbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qida maddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır. Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimi çətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immuniteti zəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyim seçilməlidir.

Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növ kəskin respirator virus infeksiyaları üçün keçərlidir".

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:

"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə belə, xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür.
 

Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar.


Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə hər birimizin məsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına, səbəb olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

End of content

No more pages to load

RADİO