Növbəti rekord göstərici: ADY ilə səfər edən sərnişinlərin sayı 10 milyona çatdı – FOTO/VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma fəaliyyətində növbəti rekord qeydə alınıb. 2025-ci ildə ADY-nin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 10 milyon nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, ADY-nin Sərnişin daşımaları departamentinin rəhbərliyi və nümayəndələri Bakı Dəmiryol Vağzalında 10 milyonuncu sərnişin Xuraman Layıcovanı təbrik edib, ona sertifikat və xatirə hədiyyələri təqdim ediblər.

Sərnişin göstərilən xüsusi diqqətə görə təşəkkürünü bildirərək ADY-nin müasir qatarları ilə rahat və təhlükəsiz səfərlərin onu dəmir yolu nəqliyyatından müntəzəm istifadə etməyə həvəsləndirdiyini qeyd edib.

Son illərdə ADY-də həyata keçirilən ardıcıl layihələr sərnişindaşıma göstəricilərində davamlı artımı təmin edib.

Belə ki, dəmir yolu nəqliyyatı ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə 7,1 milyon, 2024-cü ildə isə 8,5 milyon nəfər təşkil edib. Bu dinamika sərnişinlər üçün yaradılan rahatlıq, təhlükəsizlik və xidmət keyfiyyətinin yüksəlməsinin real göstəricisidir.
 

2025-ci il ərzində marşrut şəbəkəsinin genişləndirilməsi və yeni xidmətlərin tətbiqi sərnişin axınının artmasında mühüm rol oynayıb. Belə ki, Bakı–Balakən–Bakı marşrutunun bərpa edilməsi, Bakı–Ağstafa–Bakı marşrutunun Qazax stansiyasınadək uzadılması, 32 ildən sonra ilk dəfə Bakı–Ağdam–Bakı istiqamətində reyslərin istifadəyə verilməsi, eləcə də ilk dəfə Gəncə–Mingəçevir xətti üzrə müasir qatarlarla sərnişindaşıma xidmətinin təşkili dəmir yollarını müntəzəm səyahət seçiminə çevirib.


Eyni zamanda, Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması nəticəsində iş günlərində reyslərin sayı 103-ə çatdırılıb.

Bu tədbirlər nəticəsində gündəlik sərnişindaşıma 42 min nəfəri ötüb ki, bu da ADY-nin şəhərətrafı daşımalar tarixində daha bir rekord göstərici hesab olunur.

ADY sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də qatar heyətinin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO