İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün patent sahiblərinin müstəsna hüquqları artırılıb.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, patent sahibi həmçinin patentlə bağlı hüquqların vərəsəlik üzrə və ya digər şəxslərə verilməsi, eləcə də patentdən istifadəyə dair lisenziya müqaviləsinin bağlanması üçün müstəsna hüquqlara malik olacaq.
Günay Şahmar, Bizim.Media