İxtira hesab olunmayan anlayışların siyahısı genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ənənəvi biliklərə əsaslanan ixtiralar istisna olmaqla ənənəvi biliklərə aid olan obyektlər ixtira sayılmayacaq.
Bundan əlavə, insanın klonlaşdırılması üsulları və onun klonu patent obyekt kimi qəbul edilməyəcək.
Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək.
Günay Şahmar, Bizim.Media