Bir neçə gündür Bakının Xətai rayonundaı Neapol küçəsindəki evlərin birində dəm qazından zəhərlənən bacı-qardaş Zeynəb və Alim Yarəliyevlər Qusarın Düztahir kəndindəki məzarlıqda dəfn olunublar.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, 17 yaşlı Zeynəb və 16 yaşlı Alim bu evdə anaları ilə birgə kirayədə yaşayırdılar.
Hadisə baş verən gün anaları işdə olub, işdən qayıdanda qapını açan olmayıb və ana qonşuları köməyə çağırıb.
Bu gün Qusar İH başçısı Sahir Məmmədxanov Düztahir kəndinə gəlib və mərhumların yaxınlarına başsağlığı verib.
Bacı-qardaşın ölüm faktını Xətai rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu