Şimal bölgəsinin məktəblərində sınaq imtahanı QALMAQALI – Uşaqlar saatlarla nəyi GÖZLƏDİ?

Dekabrın 21-də Şimal bölgəsinin məktəblərində "Şahdağ" kursları tərəfindən keçirilən sınaq imtahanları valideynlər arasında narazılıq yaradıb. Valideynlər imtahanların vaxtında keçirilməməsi və tələblərə uyğun təşkil olunmamasından şikayət ediblər.

Bizim.Media-ya müraciət edən valideyn Aygül Rəhimova bildirib ki, Bəhruz Ağaverdiyev adına Qusar şəhəri 1 saylı orta məktəbdə keçirilən “Şahdağ” kurslarının imtahanı zamanı bir sıra problemlərlə qarşılaşıb. O, deyib ki, 1-ci sinif şagirdi olan oğlu Sadiri imtahana gətirib. Məqsəd övladının bilik səviyyəsini yoxlamaq olub, çünki 1-ci sinifdə qiymətləndirmə aparılmır və valideyn yalnız ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə sınaq istəyib.

Valideynin sözlərinə görə, imtahan planlaşdırıldığı vaxtdan gec başlayıb:

"Səhər saat 9:30-da məktəbdə olduq, imtahan saat 10-da başlamalıydı, amma 12-dən sonra başladı. Balaca uşaq neçə saat gözləməli oldu".

Aygül Rəhimli həmçinin əlavə edib ki, imtahan kitabçaları uşaqlara səhv paylanıb. Valideynlər hər uşaq üçün 8 manat ödəmişdilər, bəziləri isə 2-3 uşağı imtahana gətirib. Onun sözlərinə görə, xüsusilə aztəminatlı ailələr üçün bu, az məbləğ deyil.

Valideyn bildirib ki, şikayəti 1 saylı tam orta məktəbin 1”A” sinfində oxuyan 17 şagirdin valideyni adından səsləndirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, eyni problemlər Qusar şəhərində 6 saylı orta məktəb və bölgənin Quba, Xaçmaz, Şabran rayonlarındakı təhsil müəssisələrində də 1-8-ci siniflər üçün keçirilən sınaq imtahanlarında yaşanıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məsələnin araşdırılacağı bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO